Yüksək vəzifəyə təyinat OLDU
16 Dekabr 2025, 16:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1294
09.04.2025, 11:09
Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” “28 May” stansiyasının təmir işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracağı ilə bağlı məlumat yayıb. Yəni, “Dərnəgül” - “Həzi Aslanov” xətti yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək.
Həmçinin “Həzi Aslanov” - “İçərişəhər” xətləri üzrə qatarlar “28 May” stansiyasında dayanmayacaq. Buna səbəb isə Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşasıdır.
Oxu24.com xəbər verir ki, rəsmi məlumatın yayılması sosial şəbəkədə böyük müzakirə və narahatlıqlara səbəb olub. İddia olunur ki, təmir işləri təxminən 6 ay sürəcək. Paytaxtın ictimai nəqliyyat yükünün böyük hissəsini təşkil edən Bakı metrosunda aparıcı stansiyalardan birinin uzun müddət işləməməsi isə onsuz da iflic vəziyyətdə olan yerüstü nəqliyyatın tamamilə yararsız hala düşməsi deməkdir. Məsələn, metronun “Əcəmi” stansiyasından “Nərimanov”a getmək istəyən sərnişin bunun üçün “Nizami” stansiyasına getməli, yolunun qalan hissəsini isə bir və ya bir neçə marşrut avtobusu ilə davam etdirməlidir.
Layihə üzrə xətlərin ayrılması başa çatdıqdan sonra isə qatarların “Dərnəgül” stansiyasından “Şah İsmayıl Xətai” stansiyasına qədər hərəkəti təmin ediləcək. Sərnişinlər bir xətdən digər xəttə keçmək üçün “Cəfər Cabbarlı” stansiyasından istifadə etməli olacaqlar. “Həzi Aslanov” - “İçərişəhər” xətti üzrə qatarların hərəkəti əvvəllər olduğu kimi təşkil olunacaq.
Həmçinin oxuyun
Məsələ ilə bağlı daha detallı məlumat almaq üçün “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, təmir işlərinə bu lin son aylarında başlanılacaq:
“28 May” stansiyasından qatarların “Dərnəgül” stansiyası istiqamətində hərəkətinə məhdudiyyət “Cəfər Cabbarlı” –“Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə qoyulacaq. Bu işlərə ilin son rübündə başlanılması nəzərdə tutulub.
Sərnişinlərin Qırmızı və Yaşıl xətlərdən, həmçinin “28 May” və “Nizami” stansiyalarından bir-birinə keçidinin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumatlar təqdim ediləcək”.
Qeyd edək ki, metrodan istifadə edən sərnişinlərin sayı il-ildən artır. Belə ki, statistikaya görə, ötən il ərzində 229 584 259 sərnişin yeraltı nəqliyyatdan istifadə edib. Əvvəlki 2 illə müqayisədə sərnişin sayında 2023-cü ilə nisbətən 4.6%, 2022-ci ilə nisbətən 10% artım olub.
16:39 / 16 Dekabr 2025
1
16:00 / 16 Dekabr 2025
46
15:56 / 16 Dekabr 2025
35
15:54 / 16 Dekabr 2025
26
15:49 / 16 Dekabr 2025
33
15:46 / 16 Dekabr 2025
52
15:13 / 16 Dekabr 2025
741
15:06 / 16 Dekabr 2025
55
14:59 / 16 Dekabr 2025
163
14:29 / 16 Dekabr 2025
676
14:26 / 16 Dekabr 2025
84
14:21 / 16 Dekabr 2025
86
14:13 / 16 Dekabr 2025
98
14:09 / 16 Dekabr 2025
64
14:03 / 16 Dekabr 2025
65
13:35 / 16 Dekabr 2025
847
13:28 / 16 Dekabr 2025
247
13:24 / 16 Dekabr 2025
62
13:22 / 16 Dekabr 2025
51
13:14 / 16 Dekabr 2025
99
12:57 / 16 Dekabr 2025
168
12:49 / 16 Dekabr 2025
103
12:45 / 16 Dekabr 2025
76
12:29 / 16 Dekabr 2025
78
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.